Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110510
az

Bu gündən məktəbəhazırlıq qruplarında tədris yekunlaşır

10:3431 May, 2024
42
CƏMİYYƏT
  • A

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ötən il oktyabrın 1-dən başlanan tədris prosesi mayın 31-də başa çatır.

Oxu24.com xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbə hazırlığın əsas məqsədi beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minədək uşaq aprelin 30-da avtomatik olaraq 1-ci sinfə qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU
Sabah 36 dərəcə isti olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı