Qaynar xətt:

(+99450) 247 90 86

Avstraliya Ukrayna üçün 13 milyon dollardan çox vəsait ayıracaq

DÜNYA

81

31.05.2024, 10:20

Avstraliya enerji və ilkin tələbat mallarının alınması üçün Ukraynaya 20 milyon dollardan çox pul göndərəcək.

Bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq deyib.

"Avstraliya hökuməti Ukraynada enerji və humanitar problemlərin həlli üçün daha 31 milyon Avstraliya dolları (20,5 milyon dollar) ayıracaq", - deyə bildirilib.

Nazir qeyd edib ki, vəsait prioritet enerji ehtiyaclarını ödəməyə və Ukrayna xalqını dəstəkləməyə yönəldiləcək.

Onun sözlərinə görə, 20 milyon Avstraliya dolları (13,3 milyon dollar) ukraynalıları istilik və elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinə ayrılan 10 milyon Avstraliya dolları (6,6 milyon dollar) qadınlar, uşaqlar, qocalar və əlillər üçün zəruri ləvazimatların alınmasına yönəldiləcək.