Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110479
az

Şəmkirli məşhur iş adamı ilə bağlı şok iddia: 60 min manat alıb? 

22:0031 May, 2024
4673
ÖZƏL BÖLÜM
  • A

Ağstafa rayonu Köçəsgər kənd  sakini  Mehman Məmmədov  tanınmış iş adamı tərəfindən aldadıldığını iddia edir.

 

Oxu24.com-a müraciət edən Mehman Məmmədov bildirib ki, Şəmkirdə tanınmış iş adamı olan İbadət Məhərrəmov  tərəfindən külli miqdarda pulu  mənimsənilib.

 

Keçmiş vəzifəli şəxs və hazırda iş adamı olan İbadət Məmmədov külli miqdarda pulu necə alıb?

 

Mehman Məmmədovun sözlərinə görə,oğlu Sərxan Məmmədov törətdiyi cinayət əməlinə görə həbs olunub. Oğlu həbsə düşən ata ona köməklik etmək məqsədi ilə bir neçə nəfərin qapısını döyüb. Həmyerlisi Ələsgər Cabbarovun vasitəçiliyi ilə iş adamı İbadət Məhərrəmovla tanış olub.

 

Fotoda şikayətçi Mehman Məmmədov

 

“Oğlum törətdiyi cinayətə görə həbs edildi.Valideyn kimi çox narahatlıq keçirdim.Məsələdən həmyerlim  Ələsgər  də xəbərdar idi.  Mənə dedi ki,oğlunun  həbsdən  azad  edilməsində  İbadət Məhərrəmov  kömək  ola bilər. Onun rayonda  sözükeçən adam  olduğunu və keçmiş  yüksək vəzifəli  şəxs  olduğunu  mənə bildirdi. Ələsgərin  vasitəçiliyi  ilə  İbadət   Məhərrəmovla görüşdük. Danışıq   zamanı   İbadət   Məhərrəmov   bildirdi  ki,pul   müqabilində  oğlumun həbsdən  azad  edilməsinə  kömək  edə  bilər. Mən  də  bu  vədlərə  inandım. Müxtəlif vaxtlarda  oğlumun  həbsdən  azad  ediləcəyi vədi ilə həmin şəxs  məndən  60  min manata yaxın pul alıb. Buna  baxmayaraq  heç bir  iş  görməyib.  Bütün  bunların sübutu kimi səs yazıları və digər  sübutlarım  var”,-deyə  şikayətçi  bildirib.

 

Mehman Məmmədovun sözlərinə görə,pulu alındıqdan sonra oğluna heç bir köməklik göstərilməyib. Oğlu ağır cəza alaraq həbsə göndərilib.Bundan sonra pulunu tələb etdikdə qarşı tərəf onu şantaj və hədə-qorxu gəlməklə qorxudub.

 

“Oğlum iş aldıqdan sonra aldadıldığımı başa düşdüm.İbadət  Məhərrəmovdan  pulumu  tələb etdikdə  mənə  təyziqlər  etməyə  başladı. Daha  sonra pulu verməkdən imtina etdi. Bundan sonra oğlumun cinayət işində zərərçəkmiş şəxsləri müxtəlif vədlərlə bizə qarşı şikayət etməyə yönləndirdilər.”

 

Mehman Məmmədovun sözlərinə görə İbadət Məhərrəmovun kifayət qədər maddi imkanı var.

 

Ələsgər Cabbarov

“Onun Şəmkir rayonunda “Yamin” şadlıq sarayı və bir neçə obyektləri var”,-deyə şikayətçi bildirib.

 

Oxu24.com iddialarla bağlı yazıda adı hallalan şəxslərlə əlaqə saxlayıb.

 

Yazıda adı hallanan vasitəçi Ələsgər Cabbarov məsələ ilə bağlı danışmaqdan imtina edib.

 

Külli  miqdarda  pulu  ələ  keçirməkdə  adı  hallanan iş adamı   İbadət  Məhərrəmov  həmin şəxslə  aralarında  mübahisə  olduğunu  etiraf  edib.

 

“Borcunu istəyirsə,gəlsin müqavilə bağlayaq borcunu geri qaytaraq”,- deyə İbadət Məhərrəmov bildirib.

 

İş adamı digər iddiaların əsassız olduğunu bildirib.

 

 

Qeyd edək ki, iş adamı tərəfindən aldadıldığını iddia edən Mehman Məmmədovun digər oğlu Qarabağda keçirilən antiterror əməliyyatları zamanı  döyüşlərdə iştirak edib.

 

 

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat