Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110474
az

İrəvan - Moskva təyyarəsində hadisə baş verib

19:2630 May, 2024
111
DÜNYA
  • A

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, İrəvan-Moskva reysi zamanı sərnişin təyyarənin qapısını açmağa çalışıb və stüardessalara qarşı aqressivlik nümayiş etdirib.

 

Oxu24.com xəbər verir  ki, “Uçuş zamanı qonşu ölkələrdən birinin vətəndaşı stüardessalara qarşı aqressivlik nümayiş etdirib və salonda qapını açmağa cəhd edib”, - Volk yazıb.

 

Aviaşirkət işçiləri və sərnişinlər küylü şəxsi qapıdan uzaqlaşdırmağa müvəffəq olub, daha sonra isə kişinin əllərini plastik qalstuklarla bağlayıblar.

 

Təyyarə komandiri ictimai asayişin pozulması ilə bağlı akt tərtib edib. Moskvaya endikdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

 

Əcnəbi tibbi müayinədən keçməkdən imtina edib.

 

Sərnişinin inzibati məsuliyyətə cəlb olunduğu və 7 sutka həbs edildiyi bildirilir.

 

Bundan əlavə, o, Rusiyadan qovulacaq.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarici İşlər Nazirliyi Trampı Baydenin səhvlərini düzəltməyə çağırıb
Google Rusiyanı 2 milyard rubl məbləğində cərimələdi
Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Taliban liderini həbs etməyə çağırıb

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi