Ukrayna ilə bağlı konfransın iştirakçılarını Kloten hava limanından görüşün keçiriləcəyi İsveçrə Bürgenstokuna gedən yolda hərbi heyət helikopterlərdə və konvoylarda müşayiət edəcək.
Oxu24.com xəbər verir ki,bu barədə “Tages-Anzeiger” qəzeti Nidvalden yarımkantonunun polis rəisi Stefan Qriderə istinadən məlumat yayıb.
Qeyd olunur ki, konfransın İsveçrədə iyunun 15-16-da keçirilməsi planlaşdırılır.
Qrider bildirib ki, helikopter əməliyyatları üçün qonaqların yerləşəcəyi otelin yaxınlığında yaxın vaxtlarda ayrıca helikopter meydançası tikiləcək.
O, həmçinin vurğulayıb ki, forum iştirakçılarının təhlükəsizliyi üçün yerli sakinlər yalnız xüsusi vəsiqələr təqdim edildikdən sonra evlərinə buraxılacaqlar.
Grider əlavə edib ki, bu əməliyyat “Tridente 24” adlanır, italyan dilindən tərcümədə “trident” – Ukraynanın gerbinə istinad edilir.
Bir gün əvvəl BMT-nin İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda müşahidəçi qismində təmsil olunacağı xəbəri yayılmışdı.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qlobal Cənub ölkələrini Qərbin təzyiqlərinə boyun əyməməyə və İsveçrənin Ukrayna ilə bağlı görüşündə iştirakdan imtina etməyə çağırıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR