Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110451
az

Naxçıvan Təhsil Nazirliyində nöqsanlar aşkarlandı - Baş Prokurorluğa müraciət edildi

16:4730 May, 2024
85
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparılıb.

Oxu24.com Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.

Məlumata görə, auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi