Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110445
az

Ramin İsayevin ittihamı ağırlaşdırıldı

16:3430 May, 2024
127
KRİMİNAL
  • A

16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 11 ay davam edən araşdırma bu günlərdə tamamlanıb.

R.İsayevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.

Məlumatı Ramin İsayevin vəkili Ceyhun Yusifov saytımıza təsdiqləyib.

C.Yusifov deyib ki, müvəkkili verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilmir. Hesab edirik ki, Ramin İsayev təqsirsizdir, müdafiə tərəfi də ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyulacaq. İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, Harvard Universitetində təhsil alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var
Bakıda    “VAZ-2107”          qaçırıldı
Xalq artistinin nəvəsi       vəfat     etdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var