Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110444
az

AFFA “Sumqayıt”ın tərcüməçisini cəzalandırdı

16:2730 May, 2024
115
İDMAN
  • A

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb.

Oxu24.com xəbər verir ki, buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının XXXVI turunda baş tutan “Qəbələ” ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub.

Ş.Abdullayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması “gənclik şəhəri” təmsilçisini daha 800 manat ziyana salıb.

“Qəbələ” isə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib.

XXXVI turda baş tutan “Zirə” - “Səbail” görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, “Zirə” klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib.

“Səbail” klubu 4 futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın ikinci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə 1 oyunluq cəza verilib.

AFFA İntizam Komitəsi həmçinin “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Tovuz klubunu 800 manat cərimələyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evseyevə bıçaqla hücumdan sonra cinayət işi açılıb
Kyeza “İnter”ə  keçə  bilər
Moskvada MMA  döyüşçüsü  döyüldü

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır