Bu gün günorta saatlarında Bakı Metropoliteninin “Elmlər Akdemiyası”stansiyasında qeyri-adi hal yaşanıb.
Sərnişinlərin verdiyi məlumata görə “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar “Nizami” stansiyasında dayanıb. 10 dəqiqə hərəkətsiz qalan qatar sərnişinləri boşaldaraq geri qayıdıb.
Nəticədə platformada sərnişin sıxlığı yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. Metropolitenin sözçüsü qeyd edib ki, metroda yaşanan hadisəyə səbəb qatarda yaranan texniki nasazlıq olub:
“Dərnəgül xətti üzrə hərəkətdə olan qatarda texniki problem yaranıb. Təlimatımıza uyğun olaraq qatar “Elmlər Akadeiyası” stansiyasında sərnişinləri düşürərək, geriyə, “Nizami” stansiyasına qayıdıb və depoya göndərilib”.
Bəxtiyar Məmmədovun sözlərinə görə hazırda xəttəki sıxlıq aradan qaldırılıb. Qatarlar normal intervalla hərəkət edir.
Oxu24.com
ŞƏRHLƏR