Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110439
az

Məleykə Abbaszadə: "Ali məktəblərə qəbul yerləri artırılıb"

15:5430 May, 2024
99
CƏMİYYƏT
  • A

Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib.

Oxu24.com xəbər verir ki, bunu AzərTac-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yaxın zamanda qəbul planı ilə bağlı ictimaiyyətə məlumat veriləcək:

“Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək”.

DİM sədri həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.

O bildirib ki, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:

“Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmadı
Naxçıvanda qəza - Xəsarət alanlar var
Bakıda mənzildə meyit tapıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı