Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110438
az

Milli Məclis Niderland Parlamentinin qətnaməsini pislədi

15:4730 May, 2024
116
SİYASƏT
  • A

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycanı hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır.

Oxu24.com xəbər verir ki, bu barədə parlamentin yaydığı münasibətdə bildirilib.

Qeyd olunub ki, qətnamədə Azərbaycana qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır:

"2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan, beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsi bərpa edildikdən sonra Niderland Parlamenti Azərbaycana qərəzli münasibətini dəfələrlə ifadə edərək müxtəlif qətnamələr qəbul edib.

Hazırda Ermənistanla sülh danışıqlarının aparıldığı və bu istiqamətdə müəyyən ümidverici nəticələrin əldə edildiyi bir şəraitdə Niderland Parlamentində yenidən belə bir sənədin ortaya çıxması siyasi bəsirətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsidir. Təəssüf doğuran haldır ki, Niderland Parlamentinin üzvləri Azərbaycan torpaqlarının işğal altında saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmamış, işğalçı ölkəni aşkar və ya gizli surətdə dəstəkləməyə üstünlük veriblər, bu gün isə Azərbaycana qara yaxan, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, uzun illər münaqişədə olmuş iki dövlət arasında normallaşma prosesinə zərbə vuran, revanşizmə rəvac verən bir hərəkəti özlərinə rəva görürlər.

Nəzərə alınmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi digər dövlətlər kimi Niderland Krallığının da beynəlxalq öhdəliklərindən biridir. Digər tərəfdən, bu cür aksiyalar təkcə Cənubi Qafqaz regionunun deyil, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına ziddir.

Niderland Parlamentinin Nümayəndələr Palatasında sözügedən qətnamənin müzakirəsi zamanı xarici işlər naziri Hanke Brüins Slotun deputat sorğusunun cavabında səsləndirdiyi qeyri-adekvat fikirlər, onun Azərbaycan barəsində əvvəllər də irəli sürdüyü əsassız ittihamlar bu ölkənin icra orqanlarının parlament deputatlarının təxribat xarakterli fəaliyyətinə göz yumduqlarını və bu cür fəaliyyəti əslində təşviq etdiklərini göstərir. Bütün bunlar Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir və sülh gündəliyinin həyata keçirilməsi səylərinə ciddi maneçilik törədir".

Milli Məclis Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa, bölgədə artıq tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq niyyətindən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır
Gürcüstandakı qanlı toqquşmalardan -FOTOLAR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO