Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110434
az

Ceyhun Bayramov: "Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq"

15:2030 May, 2024
55
SİYASƏT
  • A

COP29-a sədrlik etmək böyük məsuliyyətdir.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Azərbaycan özü inkişaf etməkdə olan dünyanın bir parçasıdır və bu ölkələrin üzləşdiyi çətinlikləri anlayır.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inkişaf etməkdə olan ölkələr üçün böyük bir fürsətdir: “Çünki qeyd etdiyim kimi, biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin fərqindəyik. Bu mənada Azərbaycan inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin yaratdığı problemlərin öhdəsindən gəlməsi, adaptasiyası üçün maliyyə resurslarının təminatına imkan verən yekun sənədin razılaşdırılması üçün çalışacaq. Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?
Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı
Prezident Zirvə toplantısında iştirak edir