Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110422
az

"Minaların təsirinin azaldılması təhlükəsiz və “yaşıl gələcək” üçün vacibdir" - Nazir

13:5930 May, 2024
115
CƏMİYYƏT
  • A

Azərbaycanın bir zamanlar işğal altında olan ərazilərinin azad edilməsi təkcə suverenliyin və ədalətin təntənəsi deyil, həm də ciddi ekoloji çağırış və fürsət idi.

Oxu24.com xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.

“Təhlükəsiz və “yaşıl gələcək” üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi vacibdir. Qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini artıracağı COP29-a hazırlaşdığımız dövrdə silahlı münaqişə irsinə xüsusi diqqət yetirməklə ekoloji dayanıqlılıq, sülh və təhlükəsizlik arasında dərin əlaqələri qəbul etmək vacibdir. Azərbaycan bu əlaqəni başa düşür”, - o bildirib.

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK
Azərbaycanda tanınmış müğənni vəfat etdi -FOTO

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır