Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110421
az

Milli Xalça Muzeyinə yeni direktor təyin olundu

13:4430 May, 2024
70
CƏMİYYƏT
  • A

Əməkdar mədəniyyət işçisi, sənətşünas Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

Oxu24.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.

Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
Prezidentin təklifi ilə bu xanım Baş nazir TƏYİN EDİLDİ -FOTO
Bu gün 18 avtomobil SU QİYMƏTİNƏ SATILDI

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur