Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik.
Oxu24.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim VI inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub: "Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir".
Oxu24.com
ŞƏRHLƏR