Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Mustafa Abbasbəyli gətirilib.
Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb.
2001-2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
M.Abbasbəyli 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.
Xatırladaq ki, M.Abbasbəyli bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bakıda kişini öldürən qadın tutuldu - DETALLAR
Oxu24.com
ŞƏRHLƏR