Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110405
az

Nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

11:4030 May, 2024
131
  • A

Lənkəran şəhəri, “Böyük bazar” ərazisində fəaliyyət göstərən Qurbanov Elnur Abidin oğluna məxsus “Bazardönər” və Hüseynov Bəhruz Baba oğluna məxsus ictimai iaşə müəssisələrində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, dönərxanaların qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı istifadə olunan xammal və yarımfabrikatların saxlanma temperaturuna nəzarət edilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Bişmiş mal əti və toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxslər barəsində inzibati protokol tətbiq edilib, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib
Dumanlı hava bu vaxtadək     davam     edəcək
Ötən il 7 mindən çox şəxsin ölkədən çıxışına “stop” qoyulub

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi