Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110401
az

NİİM sürücülərə müraciət etdi

11:1430 May, 2024
105
  • A

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Oxu24.com NİİM-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də avtomobillərin hərəkəti zamanı sürücülərin ara məsafəsinə düzgün əməl etməməsi və məcbur qalıb sərt tormozlamadan istifadə etməsidir. Növbəti belə bir qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib. Bir daha sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, bu qaydalara əməl etməmək bəzən ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə və yollarda sıxlıqların yaranmasına gətirib çıxarır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə nəzər salmağı tövsiyə edirik.

Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO
Hansı insanlar xərçəngə daha çox tutulur?
Kadırov Hüseynin toyunda tamada olacaq - VİDEO - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO