Bakı şəhər sakini A.M.-dən şantaj yolu ilə külli miqdarda pul alıblar. Məktəblinin intim xarakterli şəkli ilə bağlı növbəti qalmaqal bu dəfə Bakıdakı tədris müəssisələrinin birində — Turk Anadolu Liseyində baş verib.
Oxu24.com Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın daxili işlər orqanlarından verilib..
Belə ki, aprelin 18-də polisə 45 yaşlı kişi müraciət edib. O bildirib ki, 2002-ci il təvəllüdlü qızı şantajın qurbanı olub. Mətanət adlı qadın kişini qızının intim xarakterli şəklini yaymaqla hədələyib. Bildirib ki, əgər ona 4 min dollar verməsə, qızının intim şəklini bütün liseyə yayacaq və qızı biabır edəcək. Şantajçı qadın pulu öz qurbanından alıb. Lakin bundan dərhal sonra zərərçəkmiş polisə müraciət edib.
Hazırda şantaj yolu ilə pul tələb etmə faktını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi araşdırır. Apreln 24-də faktla bağlı cinayət işi qaldırılıb. Cinayətin törədildiyi şərait aydınlaşdırılır. Hələlik faktla bağlı saxlanılan şəxs yoxdur. Oxu24.com
ŞƏRHLƏR