Bədii gimnastika üzrə olimpiya çempionu Marqarita Mamun hər kəsi şoka salan açıqlama verib.
OXU24.COM xəbər verir ki, o, uşaq ikən məşqçinin cinsi təcavüzünün qurbanı olduğunu etiraf edib:
“Mən bir kişi ilə məşq etdim. Bu, bədii gimnastikada böyük bir istisnadır. O, şənbə günləri qısa məşqlər olanda bizi kinoya aparırdı. Valideynlərim dedi ki, övladı yoxdur, siz onların uşaqlarısınız. Təsəvvür edirsiniz, klubdan 7-8 qız var. Biz onun yanında otururduq. O isə mütləq əlini dizimizin üstə qoyardı”.
Qeyd edək ki, 28 yaşlı Mamun 2017-ci ildə karyerasını başa vurub. O, Rio Yay Olimpiya Oyunlarının qalibi olub.
Oxu24.com
ŞƏRHLƏR