Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110371
az

İran ballistik raketi Husilərə təhvil verib

22:0029 May, 2024
91
DÜNYA
  • A

İran dəniz qüvvələrinə məxsus “Qədr” ballistik raketini Yəmənin Husi silahlılarına təhvil verib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Tasnim agentliyi məlumat yayıb.

 

“Qədr” adlı ilk İran dəniz ballistik raketi şəhid Həsən Tehrani-Müqəddam tərəfindən hazırlanıb və indi, bir neçə ildən sonra bu texnologiya Yəmən qırıcılarının əlindədir”, - agentlik qeyd edir.

 

Bundan əlavə, yəmənli üsyançıların da İran dizaynı əsasında öz “Mukhit” ballistik raketini istehsal etdiyi bildirilir.

 

Həsən Tehrani-Müqəddam İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrində Şimali Koreya dizaynları əsasında Şahab, Qədr və Sejili hazırlayan iranlı hərbi zabitdir. İranda o, “raket proqramının atası” statusuna malikdir və tarixi şəxsiyyət kimi xüsusi ehtiramla qarşılanır.

 

Mayın 15-də Husilərin hərbi sözçüsü Yəhya Səriya Yəmənin Ənsar Allah hərəkatının Qırmızı dənizdə ABŞ-ın USS Mason esminesinə hücum etdiyini bildirib.

 

O, həmçinin əlavə edib ki, milislər İsrailə gedən “Destiny” ticarət gəmisinə hücum ediblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib