Birləşmiş Millətlər Təşkilatı iyunun 15-dən 16-dək İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak edəcək.
Oxu24.com xəbər verir ki,bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
“BMT İsveçrədə keçiriləcək sülh konfransında müşahidəçi qismində çıxış edəcək. Biz mütləq iştirak edəcəyik”, - deyə nümayəndə bildirib.
Düjarrik əlavə edib ki, təşkilatın təmsilçilik səviyyəsi daha sonra açıqlanacaq.
Mayın 24-də Bloomberg agentliyi xəbər verib ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplamaq tədbirinə görə İsveçrədə Ukrayna üzrə sülh konfransında iştirak edə bilməyəcək.
Agentliyin məlumatına görə, o, Corc Kluni, Culiya Roberts və digər ulduzlarla birlikdə Kaliforniyada ianə toplama tədbirində iştirak etməyə hazırlaşır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR