Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110360
az

İran tamamilə ədalətli seçkilər istəyir

20:3329 May, 2024
143
DÜNYA
  • A

İranın baş prokuroru Mohammad Movahedi-Azad deyib ki, o, qarşıdan gələn növbədənkənar prezident seçkiləri zamanı seçici saxtakarlığının qarşısını almaq üçün işçi qrupu (qərargah) yaradıb.

 

Oxu24.com xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.


O bildirib ki, “kiberməkanda seçki saxtakarlığı hallarını müəyyən etmək” üçün komitələr yaradılacaq.

 

KİV yazır ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, yeni prezident prezidentin ölümü və ya fəaliyyət qabiliyyətini itirdiyi tarixdən ən çoxu 50 gün ərzində ümumxalq səsverməsi ilə seçilməlidir.

 

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdollahian və bir sıra digər rəsmiləri daşıyan helikopter İranın Varzakan bölgəsi yaxınlığında dağlıq ərazidə qəzaya uğrayıb, göyərtəsində olanların hamısı həlak olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsraillilər 10 milyon oldu
Ukraynada müəssisə rəhbərinin otağında partlayış olub, 3 nəfər ölüb
Paşinyanın keçmiş tərəfdaşları ona qarşı birləşir

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Pirotexniki vasitələr    satanlar    tutuldu