Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110357
az

Ukrayna Ədliyyə Nazirliyi qadınların xidmətə çağırılmasını istisna etmir

20:1429 May, 2024
121
DÜNYA
  • A

Məhkum qadınların sayı az olsa da, Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına çağırıla bilər.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə ölkənin ədliyyə naziri Denis Malyuska Rada telekanalının efirində bildirib.

 

O qeyd edib ki, qadınların hərbi xidmətə çağırılması ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur.

 

Nazir həmçinin əlavə edib ki, qadınlar kişilərə nisbətən daha az cinayət törədir, ona görə də Ukrayna həbsxanalarında onların sayı azdır.

 

“Nəzəri cəhətdən biz bu imkana yol veririk” deyən Malyuska hazırda üç min məhbusun hərbi həkim komissiyasından keçdiyini, 650 nəfərin isə cəbhəyə göndərildiyini bildirib.

 

Mayın 17-də Ukrayna prezidenti Vladimir Zelenski məhbusların səfərbər edilməsi haqqında qanunu imzalayıb. Sənəddən göründüyü kimi, ağır ittihamlarla (dövlət satqınlarından tutmuş pedofillərə qədər) cəza çəkənlər istisna olmaqla, indi bütün məhbuslar Ukrayna Silahlı Qüvvələri sıralarına çağırıla bilər.

 

Bundan əvvəl Ukrayna lideri ölkədə hərbi vəziyyətin və səfərbərliyin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.

 

Bundan əvvəl Ukraynada 350 məhbus Ukrayna Silahlı Qüvvələrinə göndərilmək üçün azad edilib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu