Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110344
az

Rinkeviçs: Ukraynaya qoşun yeridilməsi məsələsi NATO-dan daha çox mediada müzakirə olunur

18:2429 May, 2024
103
DÜNYA
  • A

NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi məsələsi NATO-ya üzv ölkələrin hökumətlərindən daha çox mediada müzakirə olunur.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

 

“Bu, paradoksal olaraq NATO-ya üzv ölkələrin hökumətlərindən daha çox mediada və konfranslarda gedən debatdır”,-deyə o bildirib.

 

Rinkeviçs qeyd edib ki, hərbi-siyasi blok ola bilsin ki, əsgər göndərmək əvəzinə Ukraynanı dəstəkləməyə diqqət yetirməlidir.

 

Onun sözlərinə görə, Latviya Ukraynaya təlimatçıların göndərilməsi məsələsinə hələlik baxmayıb.

 

Mayın 28-də NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Şimali Atlantika Alyansı öz qoşunlarını Ukraynaya göndərmək və Rusiya Federasiyası ilə silahlı münaqişənin birbaşa iştirakçısına çevrilmək niyyətində deyil.

 

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski demişdi ki, respublika rəhbərliyi Ukraynanı dəstəkləmək üçün heç bir vasitəni istisna etməməlidir. Bura Polşa əsgərlərinin döyüş bölgəsinə göndərilməsi daxildir.

 

Ukrayna lideri Vladimir Zelenski bir müddət əvvəl Qərb qoşunlarının ölkədə görünməsi ehtimalını dəyərləndirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsraillilər 10 milyon oldu
Ukraynada müəssisə rəhbərinin otağında partlayış olub, 3 nəfər ölüb
Paşinyanın keçmiş tərəfdaşları ona qarşı birləşir

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Pirotexniki vasitələr    satanlar    tutuldu