Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110321
az

İsveç Kiyevə 1,25 milyard dollarlıq hərbi yardım paketi ayırır

16:2029 May, 2024
81
DÜNYA
  • A

İsveç Ukraynaya 1,25 milyard dollar həcmində növbəti hərbi yardım paketi təqdim edəcək.

Bu Stokholmun Kiyevə ən böyük hərbi yardımı olacaq.

Modern.az xəbər verir ki, “The Local” nəşri bu barədə İsveçin Baş nazirinin müavini Ebba Buşa istinadla məlumat yayıb.

“İsveç Ukraynaya 13,3 milyard kron (1,25 milyard dollar) həcmində 16-cı və ən böyük yardım paketini ayıraraq Kiyevə dəstəyini ifadə edir”, - deyə Ebba Buş bildirib.

Qərb mediası isə İsveçin müdafiə naziri Pol Yunsona istinadla paketə “Saab 340 AEWC” erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin daxil olduğunu yazıb.

Beləliklə, İsveçin Ukrayna üçün nəzərdə tutduğu hərbi və digər yardımların həcmi 10 milyard dolları ötüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yenə İsrail səfirliyinin yaxınlığında partlayış oldu
Rusiya hərbçiləri İsrail radar stansiyasını məhv edib
İran onun sağ olduğunu açıqladı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı