AFFA U-15 Liqasında çıxış edən "Qəbələ" klubunun məşqçisi Şəhruz Mustafayev daha beş oyun cəzalandırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Mütəxəssis səfərdə "Sumqayıt"a qarşı oyun vaxtı hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün bu halla üzləşib.
Komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. Məşqçi evdə eyni komanda ilə görüşün 72-ci dəqiqəsində hakimləri təhqir etmişdi.
Bundan əlavə, U-14 Liqasında mübarizə aparan “Astara”nın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb və beş oyunluq cəza alıb.
Oxu24.com
ŞƏRHLƏR