Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110306
az

Mərkəzi Bankdan yeni birqəpikliklərə çəkilən xərclə bağlı açıqlama

14:3429 May, 2024
90
İQTİSADİYYAT
  • A

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-də yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxdığını elan etdi.

Yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

APA AMB-yə yeni tədavülə buraxılan 1 qəpikliklərin istehsal və dövriyyəyə buraxılma xərclərinin nədən ibarət olması ilə bağlı sorğu ünvanlayıb.

Mərkəzi Bankdan bildirilib ki, milli pul nişanlarının istehsalı AMB-nin sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal xərcləri istehsal dövründən, həcmindən və digər faktorlardan asılı olaraq dəyişə bilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya boru kəməri ilə Avropaya ixrac olunan qazın həcmi məlum olub
Elektrik enerjisi       tarifləri       dəyişdirildi
Təbii qazın ölkədaxili       tarifləri        tənzimləndi

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ