Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110301
az

UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoyub

14:0729 May, 2024
86
  • A

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri açıqlanıb.

Oxu24.com xəbər verir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 33.000 xalla 57-ci yerə yüksəlib. “Köhlən atlar” reytinqdə İspaniyanın “Betis” klubu ilə birlikdə bu pilləni bölüşdürür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstərici ilə Türkiyə təmsilçisi “Qalatasaray”ı (31.500 xal, 60-cı yer) geridə qoyub.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür. “Ağ-qaralar” ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib.

“Qəbələ” 4.500 xalla 275-cidir. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.

“Turan Tovuz”, “Kəpəz” və “Araz-Naxçıvan” isə reytinq cədvəlində yer almayıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (148.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (134.000) tamamlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Formula 1 Azərbaycan Qran-prisinin     vaxtı       açıqlandı
“Qalatasaray” məşhur futbolçunu       icarəyə       götürür
Kleşenkonun       müqaviləsi         uzadıldı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ