Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11029
az

Dəhşətli qətl: “Banda”dan çıxmaq istədi, yüz bıçaq vurulub,meyiti yandırıldı

11:2818 Mart, 2019
762
KRİMİNAL
  • A
 
ABŞ-da quldur dəstəsinin beş üzvü yeniyetməni xüsusi amansızlıqla öldürərək, meyitini yandırıb.

Fox News”un məlumatına görə, bu haqda Merilend ştatının polis idarəsi məlumat yayıb.

Qurban 16 yaşlı şagird Cekson Pineda-Çikasdır. O, salvadorlulardan ibarət “MS-13” və ya “Mara Salvatçura” adlı quldur dəstəsindən olan yoldaşları tərəfindən öldürülüb. Meyitin kimliyini sol əlində olan döymənin şəkli hesabına müəyyən ediblər.

Məlum olub ki, martın 8-də yeniyetmə dörd dəstə üzvü ilə birlikdə “MS-13”ün Virciniya bölməsinin liderinin Merilend ştatındakı evinə yollanıb. Onu məhz rəhbərin evində meydana gələn mübahisədən sonra qətlə yetiriblər. Qurbana 100 bıçaq zərbəsinin endirildiyi bildirilir.

Daha sonra meyiti Virciniyaya aparıb, yolun kənarında yandırıblar.

Qurbanın anasının dediyinə görə, oğlu cinayətkar dəstədən uzaqlaşmaq istəyib.

Bunu “silahdaş”larına açıq şəkildə dedikdən sonra, həyatına təhdidlər gəlib.

“Dostları” Ceksonu polislə əməkdaşlıqda ittiham ediblər və onun bütün ailəsini qıracaqları ilə hədələyiblər. Cekson ailə üzvlərinin əvəzinə onu öldürmələrini istəyib. Anası həm də onu bildirib ki, ailəsi ilə birlikdə Salvadordan ABŞ-a pənah gətirdikdən sonra oğlunu “MS-13” ə qoşulmağa məcbur ediblər.

Artıq quldur dəstəsinin yerli rəhbəri  - 29 yaşlı Xose Ordonezu-Zomete həbs olunub, o, qətldə iştirak etməkdə ittiham olunur. Saxlanılan digər dörd şübhəli 16, 18, 20 və 25 yaşlı dəstə üzvləridir.

Oxu24.com​​​ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu