Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110274
az

Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı

10:4029 May, 2024
66
KRİMİNAL
  • A

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan marixuana aşkar edilərək götürülüb.

Sürücü barəsində protokol tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi