Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110265
az

Paşinyan hədələdi, nazirlik Rusiyanın “Birinci kanal”ını BLOKLADI

09:0029 May, 2024
102
  • A

Rusiyanın “Birinci kanal”ının erməni multipleksində yayımı dayandırılıb.

OXU24.COM  xəbər verir ki, Bu barədə “Armenpress” agentliyi ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyana istinadən məlumat yayıb .

Onun sözlərinə görə, bu kanal iki ay yarım borc yığaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib.

"Rusiya kanalının ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb", - Mxitaryan bildirib.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib .

Ermənistan liderinin fikrincə, ölkənin daxili siyasətinə qarşı hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı çoxsaylı xəbərdarlıqlar alıblar.

2023-cü ilin dekabrında Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Rusiya televiziya kanalları tərəfindən ölkənin daxili işlərinə qarışmamaq haqqında sazişin pozulmasının müzakirəsi xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları bu ölkədə daş üstündə daş qoymadı -Hədəf onlardır
Dövlət Baxçalının ürək qapağı dəyişdirildi
Culanini Fransaya dəvət etdi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Lotereya    oğruları     tutuldu