Rusiyanın Perm vilayətində qəza anında ölümlə burun-buruna gələn satıcının reaksiyası böyük maraqla qarşılanıb.
OXU24.COM bildirir ki, Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda idarəetməsi itirilən avtomobilin qəfildən çörək mağazasına girdiyi görünür. Avtomobilin hava yastıqları işə düşdüyündən, maşındakı insanlar xəsarət almırlar. Ancaq sosial şəbəkə istifadəçilərini qəzadan çox, piştaxtanın arxasında duran qadının reaksiyası heyrətə salıb. Belə ki, o, ölümdən möcüzə nəticəsində xilas olmasına baxmayaraq, heç nə olmamış kimi telefonunu götürüb qurdalanmağa başlayır.
Qeyd edək ki, qəzaya səbəb kimi sürücünün sükan arxasında yuxuya getməsi göstərilir.
Oxu24.com
ŞƏRHLƏR