İspaniya, Norveç və İrlandiya Fələstini rəsmən tanıdıqdan sonra Danimarka Parlamenti əks qərar verib.
Oxu24.com xəbər verir ki, Parlament fevral ayında təqdim edilən və Fələstinin dövlət olaraq tanınmasını nəzərdə tutan qanun layihəsini lazımi ilkin şərtlərin yerinə yetirilmədiyi səbəbi ilə rədd etdiyini açıqlayıb.
Danimarka Parlamentinin üzvü Sascha Faxe, "Danimarka siyasətçilərinin əksəriyyəti 2 dövlətli həll olmadan Yaxın Şərqdə daimi sülhün əldə edilə bilməyəcəyi ilə razılaşır. Şəxsən mən Fələstini oradakı vətəndaşların haqqı kimi tanıyıram ",-deyə bildirib.
Əvvəlki açıqlamasında hökumətin Fələstini tanımayacağını bildirən xarici işlər naziri Lars Lökke Rasmussen bugünkü səsverməyə qatılmayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR