Ukrayna prezidenti Vladimir Zelenski ölkə rəhbərliyinin dəvəti ilə Portuqaliyaya gedib.
Oxu24.com xəbər verir ki,bu barədə ölkənin radio və televiziyası (RTP) məlumat yayıb.
Mesajda Ukrayna prezidentini prezident Marselo Rebelo de Souza və baş nazir Luis Monteneqronun qarşıladığı bildirilir.
Bir gün əvvəl Ukrayna lideri təhlükəsizlik sazişi imzalamaq üçün İspaniyaya gəlib və baş nazir Pedro Sançeslə danışıqlar aparıb, tərəflər Kiyev və Madrid arasında müdafiə sahəsində əməkdaşlığı da müzakirə ediblər.
Zelenski səfəri çərçivəsində İspaniya kralı VI Filip tərəfindən qəbul ediləcəyini açıqlayıb.
Bundan əlavə, onun planlarına İspaniya parlamentinin palata və fraksiya sədrləri ilə görüşlər də daxildir.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya yaxın vaxtlarda Ukrayna ilə bağlı görüşlərin mövzusunun onun kapitulyasiyası olacağını proqnozlaşdırmışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR