Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110212
az

Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə danışıqlar aparıb

16:5428 May, 2024
115
DÜNYA
  • A

İranın dövlət televiziyası IRIB xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian ilə danışıqlar aparıb.

 

Oxu24.com xəbər verir  ki, Şoyqu telefon danışığı zamanı İran prezidenti İbrahim Rəisinin və digər iranlı siyasətçilərin helikopter qəzasında həlak olması ilə bağlı Təhlükəsizlik Şurasının rəhbərinə başsağlığı verib.

 

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri bəyan edib ki, Moskva və Tehran müxtəlif sahələrdə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.

 

“Ali Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə telefon danışığında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə davam etdirilməsi vurğulanıb”, - IRIB Telegram kanalında yazıb.

 

Qeyd olunur ki, Əli Əhmədian söhbət zamanı Şoyqunu Tehrana səfərə dəvət edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR