Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110211
az

Le Parisien: Polşa Rusiyadan qorxaraq ABŞ-dan qanadlı raketlər alacaq

16:4828 May, 2024
136
DÜNYA
  • A

Le Parisien-in mayın 28-də Polşa Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Polşa hakimiyyəti Rusiyada mümkün münaqişə təhlükəsi fonunda müdafiə qabiliyyətini artırmaq məqsədilə ABŞ-dan 677 milyon avro dəyərində qanadlı raketlər alacaq.

 

Oxu24.com xəbər verir  ki,müqavilə mayın 28-də imzalanmalıdır.

 

Polşa hərbçilərinin fikrincə, 2026-2030-cu illərdə Varşava AGM-158 JASSM-ER raketlərini almalıdır. Onlar hava-yer sinfinə aiddir və min kilometrə qədər məsafədəki hədəfləri vura bilirlər.

 

Hazırda Polşa ordusu uçuş məsafəsi 370 kilometrə çatan JASSM raketləri ilə silahlanıb.

 

Bu sursat ABŞ istehsalı olan F-16 çoxməqsədli döyüş təyyarələrində istifadə olunur.

 

Qəzetin yazdığına görə, uzaqmənzilli raketlərin alınması üçün yeni müqavilə Ukraynadakı münaqişə fonunda sürəti artan respublika ordusunun modernləşdirilməsi çərçivəsində həyata keçirilir.

 

Rusiya ilə mümkün münaqişə qorxusu Polşa hakimiyyətini müdafiə büdcəsini ÜDM-in 4%-nə qədər artırmağa məcbur etdi ki, bu da bütün NATO-ya üzv ölkələr arasında ən yüksək göstəricidir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır