Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110205
az

Gürcüstanın hazırkı prezidentini “neo-Saakaşvili” adlandırırlar

16:1428 May, 2024
79
  • A

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputat Nino Tsilosani ölkənin hazırkı prezidenti Salome Zurabişvilini müxalifətdə yer almaq istədiyi üçün onu “neo-Saakaşvili” adlandırıb.

 

Oxu24.com  xəbər  verir  ki,onun sözlərini Sputnik.Georgia sitat gətirir.

 

“İndi yəqin ki, ən çox əsəbi olan Mişa Saakaşvili olmalıdır, onu... siz, xanım Salome, bizim və cəmiyyətin düşündüyümüz səbəbə görə deyil, sadəcə onun yerini tutmaq istədiyinizə görə əfv etmisiniz. Sizi yolunu və mənəviyyatını itirmiş neo-Saakaşvili müxalifətinə çevrilməyiniz münasibətilə təbrik edirəm”, - Tsilosani bildirib.

 

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət qüvvələrini qarşıdan gələn parlament seçkilərində qalib gəldikləri təqdirdə həyata keçirilməli olan islahatlar xartiyasını imzalamağa dəvət edib.

 

Zurabişvilinin sözlərinə görə, o, müxalif siyasi partiyaların birləşməyə dəvət olunduğu gələcək planı təqdim etmək qərarına gəlib. O əlavə edib ki, bu planın həyata keçirilməsi təkcə Avropaya inteqrasiya üçün deyil, həm də Gürcüstanda demokratiya və ədalətli dövlətin qurulması üçün məcburi olacaq.

 

Bundan əvvəl Saakaşvili xarici agentlər haqqında qanuna görə bütün Gürcüstanı etirazlara çağırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR