Bu ilin yanvar-aprel aylarında Azərbaycan 24 688,98 min ABŞ dolları dəyərində 25 207,51 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,8% və 25,2% azdır.
Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların ixracının ölkənin ümumi ixracında payı 0,3%, qeyri-neft sektoru ixracında payı isə 2,68% təşkil edib.
İlin dörd ayında Azərbaycana xaricdən 387 532,37 min ABŞ dolları dəyərində 344 358,19 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu isə, illik müqayisədə müvafiq olaraq 25,5% və 23,7% çoxdur. Dövr ərzində ölkənin qara metallar və onlardan hazırlanan məmulatlar idxalı ümumi idxalın 7,09%-i həcmində olub.
Oxu24.com
ŞƏRHLƏR