Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110166
az

Gəncədə bir neçə obyekt külə döndü

13:4428 May, 2024
86
CƏMİYYƏT
  • A

Gəncə şəhərində kafe və bir neçə obyektin fəaliyyət göstərdiyi 2 mərtəbəli binada yanğın olub.

"Report" xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində yerləşən obyektlərin birində qeydə alınıb.

Ümumi sahəsi 300 kvadratmetr olan obyektdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində obyektin 100 kvadratmetr sahəsi əşyalarla birgə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, binada kafe, salon və digər məqsədli fəaliyyətlər göstərən ofislər olub.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır" - DİN-dən AÇIQLAMA
"İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir" - Muxtar Babayev
Dövlət Xidmətinə daha bir səlahiyyət verildi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO