Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11016
az

“Bağışlamaq böyüklükdür!” - Deputatlar Prezidentin əfv sərəncamını DƏYƏRLƏNDİRDİLƏR

21:5717 Mart, 2019
849
CƏMİYYƏT
  • A
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında dünən imzaladığı sərəncam bu gün icra olunur.

Oxu24.com bildirir ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Artıq bir sıra tanınmış məhkumlar bu gün həbsxanadan evlərinə buraxılıblar.

Milli Məclisin deputatları əfv sərəncamından danışıblar.

Parlamentin komitə sədri Eldar İbrahimov:

"Həmişə olduğu kimi bu il də Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalandı və 431 məhkum əfv olundu. Ölkə başçısı  rəhm eləməkdə, bu bayram günündə minlərlə ailəni sevindirdi və bir millət vəkili kimi bunu çox yüksək qiymətləndirirəm. Biz artıq bir neçə ildir ki, cənab prezident tərəfindən əhalinin bu cür sevindirməsinin şahidi oluruq. Gunahı olanın günahını bağışlanır. Bunu mən ölkə başçısının böyüklüyü hesab edirəm. Prezident ağsaqqal kimi bu cür vasitələrdən istifadə etməklə əhalini sevindirir".

Millət vəkili Çingiz Qənizadə:

"Hüquq müdafiəçisi olaraq əfv sərəncamını müsbət dəyərləndirirəm. Buna başqa dəyər də vermək mümkün deyil. Çünki bu humanizm, insanlara sevinc bəxş edən bir addımdır. Təbii ki, bu sərəncam ancaq alqışlanmalıdır. Cənab prezidentin hümanist addımları saysız-hesabsız olub. Biz bunu gözləyirdik. Budəfəki əfv sərəncamı həm kəmiyyət, həm də keyfiyyətcə əvvəlkilərdən xeyli fərqlənir. Qeyd edim ki, Azərbaycanla Avropa Şurası arasında müəyyən problemli məhbuslar anlayışı deyilən ziddiyyətli siyahı mövcüd idi. Bununla bağlı hüquq müdafiəçiləri də müəyyən təşəbbüslər göstəriblər ki, bu məsələ öz həllini tapsın. Amma bəzi hüquq müdafiəçiləri də vardır ki, şişirdilmiş siyahılar hazırlayırdılar.
Hesab edirəm ki, normal fəaliyyət göstərən, bu məsələlərin həll edilməsində maraqlı olan hüquq müdafiəçilərin müraciəti cənab prezident tərəfindən nəzərə alınıb. Bu məsələ müzakirə olunub və sonda xeyli məhkum əfv sərəncamının təsiri altına düşüb. Bu əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olundu. Amma mən hüquq müdafiəçisi olaraq buna başqa cür yanaşmışam, başqa cür dəyərləndirmişəm. Əgər əfv olunan hər bir nəfərin ailə üzvləri, qohum-əqrabalarının ümumilikdə 20-30 nəfər olduğunu nəzərə alsaq, onda ölkə başçısının bu humanist addımının 1000-lərlə insana şamil olduğunu deyə bilərik. O baxımından qeyd edə bilərik ki, cənab prezident Novruz bayramı ərəfəsində minlərlə insanı bir daha sevindirdi. Buna görə mən  prezident İlham Əliyevə təşəkkür edirəm. Eyni zamanda siyasi baxışından, dünyagörüşündən, əqidəsində asılı olmayaraq əfv sərəncamının təsiri altına düşmüş hər bir şəxsi ayrılıqda təbrik edirəm".

Deputat Elçin Quliyev:

"Bağışlamaq böyüklükdür. Bağışlamaq çox yüksək insani keyfiyyətdir ki, onu da Allah hər bir bəndəsinə deyil, sevimli və böyük bəndələrinə bəxş edir. Çünki, Allah özü də bağışlayandır.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ötən  gün imzaladığı əfv sərəncamını ürəyimdən gələn bu səmimi sözlərlə şərh etməyim daha düzgün olar. Hər bir cinayətin səhv addım olduğunu qəbul etsək, deməli bu cinayətə görə cəzanın cəkilməsi də zəruridir.

Ölkə prezidentinin yüksək humanizm və böyüklük nümayiş etdirərək 431 nəfərəşamil edilən əfv sərəncamı imzalaması müqəddəs Novruz bayramı ərəfəsində xalqımıza ən yaxşı bayram hədiyyəsidir. Bu, yüzlərlə ailəyə sevinc payı bəxş edən bir hədiyyədir. 399 nəfərin azadlıqdan mehrumetmə növündə cəzasının çəkilməmiş hissəsinin əfv edilməsi xüsusilə təqdirəlayiqdir. İki nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da cəzasının cəkilməmiş hissəsindən azad edilməsi bu sərəncama daha yüksək humanizm çalarları qatır.

Cənab Prezidentin bu sərəncamı bütün xalqımızı sevindirdiyi kimi, deputatı olduğum Sabirabad camaatını tərəfindən də alqışlanır. Gun ərzində seçicilərimdən aldığım yüzlərlə telefon zəngi də bunu deməyə əsas verir. Seçicilərim cənab prezidentə öz təşəkkür və minnətdarlıqlarını bildirməklə yanaşı, qarşıdan gələn Novruz bayramı münasibətilə onu və ailəsini təbrik edir, ən səmimi bayram arzularını bu böyük insana və ailəsinə ünvanlayırlar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi