Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110134
az

Çörəyin qiyməti nə qədər artacaq? - AÇIQLAMA

22:3227 May, 2024
136
CƏMİYYƏT
  • A

“50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən  27 manat 35 qəpiyə qədər artıbsa, bu hər 1 kq unun təxminən 4 qəpik  artması deməkdır. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür”.

OXU24.COM xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

 

“50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar.

 

Amma bir məsələ var ki, çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də,  hər çörəkdə 2 qəpik itirməmək üçün, çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər.

 

Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir” - iqtisadçı qedy edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Qaraciyəri xəstə olanlara ŞAD XƏBƏR: Həkim elə fakt aşkarladı ki...
Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətirilir
Zelenski İlham Əliyevə zəng etdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır