Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110130
az

Kür Tovuzda fəsadlar törətdi - FOTO

23:2027 May, 2024
148
  • A

Kür çayındakı daşqınlar səbəbindən Tovuzda da əkin və otlaq sahələri, meyvə bağları su altında qalıb.

OXU24.COM xəbər verir ki, Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb. Tovuzun Hunanlar kəndi ərazisində çayətrafı əkin sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb. Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür.

Kürətrafı meşəliklər də sel sularına qərq olub. Kürdə suyun səviyyəsi orta hesabla 2 metrə qədər yüksəlib.

Əhaliyə dəyən maddi ziyanla bağlı rayon icra hakimiyyətinin nəzdindəki Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib. Bildirilib ki, əhaliyə təbii fəlakətlə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin sığortalı olması da dəyən ziyanın qarşılanması üçün vacib amillərdən biridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin