Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110127
az

Rusiya  və Özbəkistan 5 milyard dollar dəyərində sazişlər paketi hazırlayıb

21:5827 May, 2024
105
DÜNYA
  • A

Rusiya və Özbəkistan Daşkənddə keçirilən Regionlar Şurasının iclası çərçivəsində dəyəri 5 milyard dollardan çox olan sazişlər paketi hazırlayıblar.

 

Oxu24.com xəbər verir  ki, “Şuranın iclası çərçivəsində dəyəri 5 milyard dollardan çox olan yeni sazişlər paketi hazırlanıb”, - məlumatda deyilir.

 

Həmçinin bildirilir ki, hazırda regional səviyyədə ölkələr arasında ümumi dəyəri 4 milyard dollar olan 200-dən çox birgə layihə həyata keçirilir.

 


Xatırladaq ki, Vladimir Putin mayın 26-da Özbəkistana rəsmi səfər edib.

 

Səfər zamanı  dar və geniş tərkibdə Rusiya-Özbəkistan danışıqları aparılıb.

 

Nəticədə 20-dən çox saziş, memorandum və protokol imzalanıb.

 

Putin bəyan edib ki, Rusiya ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişaf tempi heyranedicidir.

 

Dövlət başçısı əlavə edib ki, Özbəkistan prezidentinin və hökumətinin səyləri nəticəsində iki ölkə arasında iqtisadi əlaqələr şaxələnir və yaxşı perspektivlərə malikdir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail Əhmədi də öldürdü
İranla Ermənistanın Araz çayı ilə bağlı planı: Müzakirə olunur
Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO