Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110125
az

Rusiya bu ölkənin nazirlərini axtarışa verdi

21:5027 May, 2024
198
DÜNYA
  • A

Latviyanın Daxili İşlər və Təhsil və Elm nazirliklərinin rəhbərləri Rihards Kozlovskis və Anda Çakşa Rusiyada axtarışa verilib.

 

Oxu24.com  bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

“Richards Kozlovskis, 26.5.1969. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir.

 

Axtarılanlar siyahısında həmçinin Latviyanın təhsil və elm naziri Anda Çaksa da var. 2016-2019-cu illərdə Latviyanın səhiyyə naziri vəzifəsində çalışıb.

 

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Estoniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbərini və Estoniya polisinin keçmiş rəisini axtarışa verib.

 

2022-2023-cü illərdə Baltikyanı dövlətin xarici işlər naziri olmuş Urmas Reinsalu Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısına salınıb.

 

Estoniya Polis və Sərhəd Mühafizə Şurasının keçmiş baş direktoru Elmar Vaher də axtarışa verilib.

 

Bundan əvvəl Ukraynada nasizm ideoloqlarından biri Vladimir Vyatroviç Rusiyada axtarışa verilmişdi.

 

2014-cü ildə o, dekommunizasiya və ruslaşdırma kampaniyaları ilə məşğul olan Ukrayna Milli Xatirə İnstitutuna rəhbərlik edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu