Şənbə günü günortadan sonra qəzaya uğrayan təyyarədə altı sərnişin möcüzə nəticəsində sağ qalıb. Pilot Missuri ştatındal Hava Limanı yaxınlığında təyyarədən paraşütlə tullanıb.
OXU24.COM bildirir ki, pilotun paraşütü olub və qəzadan əvvəl təyyarədən tullana bilib. O, hava limanının anqarında tapılıb.
Tək mühərrikli “Cessna C206”şənbə günü təxminən saat 13 radələrində Kanzas-Siti hava limanı yaxınlığında qəzaya uğrayıb.
6 nəfər möcüzə nəticəsində sağ qalıb.
Təyyarə yerə dəyməzdən əvvəl digər sərnişinlərin qaça bilib-bilmədiyi bəlli deyil. Hadisə yerindən çəkilmiş fotoşəkillərdə ağır dağıntılar görünür.
Qalan 6 sərnişinə tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) insidentlə bağlı araşdırma aparır.
Oxu24.com
ŞƏRHLƏR