Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110112
az

“Balaəliyə təşəkkür edirəm, nə yaxşı...” - Deputat

22:2027 May, 2024
191
CƏMİYYƏT
  • A

Meyxanaçı Balaəlinin "Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm" fikirləri hələ də gündəmdə qalmaqda davam edir. Bir sıra tanınmış simalar bu fikirlərin qaynağının universitetlərə ayaq açan savadsız kadrlarla bağlı olduğunu bildirirlər. Həmçinin, millət vəkilləri də bu faktı təsdiqləyir, ali təhsil ocaqlarının reputasiyasının ciddi zərbə gördüyünü bildirirlər.

OXU24.COM  xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev məsələ barədə "Yeni Sabah"a açıqlamasında qeyd edib ki, universitetlər bir çox hallarda rektorların şəxsi idarəetməsinə köklənir:

"Biz oxuyan vaxtlarda universitetlərdə elmi şuraların böyük rolu var idi. Ancaq indi onlar da formal xarakter daşıyır. Fikir versək, rektorların əksəriyyəti öz qohum-əqrəbalarını ətrafına toplayırlar. Bir çox dekan və kafedra müdirlərinin dissertasiyaları şübhəlidir. Bütün bunları cəmiyyət bilir. Cəmiyyət bu kimi hallardan xəbərdardırsa, Balaəli də analoji hallardan məlumatlıdır. O, həmin mövzuya istehza ilə yanaşıb. Hər kəs informasiya cəmiyyətinin bir üzvüdür. Balaəli də belə bir informasiyanı eşidib deyə, o fikirləri söyləyib. "Alma almaya bənzər" adlı çox məhşur bir film var. Hacıbaba Bağırov bu filmdə oynadığı rolda qıza deyir ki, istəyirsən sənin üçün texnikuma girim. O vaxt texnikuma daxil olmaq dəbdə idi. O film indi çəkilsə, yəqinki həmin rolda Hacıbaba Bağırov deyərdi ki, istəyirsən sənin üçün professor olum. Maraqlı analogiyadır. Dəyərlər ki, get-gedə devalvasiyaya uğrayır".

Deputat vurğulayıb ki, universitetin, o cümlədən, alimlərin müəyyən bir imici olmalıdır:

"Onlar tanınmalı və ictimai rəyə təsir göstərməlidirlər. Bizdə isə ali təhsil ocaqları Balaəli səviyyəsində bir lağ-lağıya çevrilib. Bunun da səbəbləri var. Bugünkü ali məktəb idarəetməsində dekan və kafedra müdirinin heç bir səlahiyyəti yoxdur. Balaəlinin də beynində savadsız dekan olmaq ideyası var. Ya da təhsil sistemini məsxərəyə salıb. Bütün hallarda, hesab edirəm ki, universitetlər artıq öz ciddiliyini ortaya qoymalıdır. Yerlipərəstlik, qohumbazlıq yığışdırılmalıdır. Universitetlərdən birinin rektoru bütün el-obasının oğul-qızlarını vəzifəyə toplamışdı. Belə şey olmaz. Balaəli kimilər də bu halları görüb, deyirlər, könlümdən dekan olmaq keçir. Mən ona təşəkkür edirəm ki, nə yaxşı, prorektor olmaq istəməyib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aldığımız yeni maşında zavod qüsuru olsa, nə etməliyik?
Dekabrın bu günlərində xüsusilə ehtiyatlı olun
3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu