Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110078
az

Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı - YENİLƏNİB - VİDEO - FOTO

18:2327 May, 2024
153
CƏMİYYƏT
  • A

"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra saytımıza açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-ü işdən çıxıb: "Sürücü mayın 7-si işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik".

Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-ü axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub.

Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət "3 gün əvvəl işdən çıxardığı" əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?..

-------

15:14

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski" ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır.

Marşrut xəttini istismar edən "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov "Qafqazinfo"ya açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib. O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib:

"Qeyd olunan sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib".

Qeyd edək ki, B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski"nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.

-------

11:43

Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

OXU24.COM  xəbər verir ki, "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. "Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib: "Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin sonrakı taleyi və davranışlarını sonradan izləyə bilmirik".

40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirildi ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onların cənazələri Bakıya gətirildi -CANLI / YENİLƏNDİ
Qırmızı kürü ikiqat bahalaşdı
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır