Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110041
az

Xaricdə təhsillə bağlı bəzi şəhadətnamələr saxtalaşdırılıb

14:2727 May, 2024
65
  • A

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Agentlikdən verilən xəbərə görə, sözügedən Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir.

Son zamanlar işəgötürənlər tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılıb.

Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.

TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq //edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Safurə formada qalmağın SİRRİNİ AÇDI
Zukerberqi də Durovun taleyi gözləyir?
Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi