Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110031
az

Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: "80 manat artırılsın"

12:5427 May, 2024
128
HƏRBİ
  • A

“Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılmalıdır”.

Oxu24.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  bildirib.

“Müharibə veteranlarına verilən 80 manat müavinət gülüncdür. İnkişaf etmiş ölkənin müharibə veteranlarına bu məbləği verməsi doğru deyil. Qeyd edilir ki, həmin müavinət kommunal xərclərin ödənilməsinə ayrılır, amma bu da tam ödəmir. Bu məsələyə baxılmasını xahiş edərdim”, -deyə o bildirib.

"Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırıb 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın, ayıbdır", - V.Əhmədov əlavə edib.

Oxu24.com Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya tərəfi video yaydı
İngilis generalı Rusiya ilə müharibəyə hazır olduğunu bəyan etdi
5 terrorçu zərərsizləşdirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi